İtaliya Ordusu HEW-784 radarlı helekopterlər silahlanmaya qəbul edəcək

İtaliya ordusu uzaq məsafədəki hədəfləri təyin edən HEW-784 radiolokasiya sistemləri ilə təchiz olunmuş helekopterləri silahlanmaya qəbul edəcək. “Selex Galileo” şirkəti tərəfindən istehsal olunmuş HEW-784 radar sisteminin üstünlükləri onun uzaq məsafədən gəmiləri görmə imkanına malik olmasıdır. Hələlik bu radar sistemlərində təyin etmə məsafəsi 300 km-dir.

İtaliya Ordusunun sifariş verdiyi yeni helekopter AW101-in bazasında formalaşdırılıb. Hazırda İtaliya ordusunda 22 belə helekopter mövcuddur. Bu helikopterlərin əksəriyyəti hazırda Silahlı Qüvvələrdə müşahidə və nəzarət funksiyasını həyata keçirir.

KATEQORIYA:
Bu xəbəri paylaş