İtaliyada yeni döyüş gəmilərinin tikintisinə başlanılıb

Gəmilər yenilənmiş dizel-qazturbinli-elektro mühərriklə təchiz ediləcəklər

İtaliyanın “Fincantieri” Gəmiqayırma İstehsalat Birliyində çoxməqsədli “Pattugliatore Polivalente d’Altura” (PPA) tipli yeni nəsil freqatın – gəminin inşasına başlanılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bununla bağlı keçirilən mərasimdə bildirilib ki, ilk belə gəminin tikintisinin 2021-ci ilə kimi yekunlaşdırılması nəzərdə tutulub.

Ümumilikdə isə İtaliya Hərbi Dəniz Qüvvələri üçün 6 bu tip gəminin inşa ediləcəyi qeyd olunub.  Gəmilərin inşasına 2,62 milyard avro sərf olunacaq.

Məlumatda qeyd olunub ki, bu tip gəmi yenilənmiş iki dizel-qazturbinni-elektro mühərriklə təchiz ediləcək. “MTU 20V800 M91L” markalı mühərrik gəminin 25 uzl sürətlə hərəkət etməsinə imkan verəcək.

Gəmiyə iki diopozonlu AFAR-la birgə “Leonardo” RLS inteqrasiya olunacaq. Freqatda SAAM-ESD zenit-raket kompleksi, 8 gəmiəleyhinə “Teseo/Otomat Mk 2A Evolutio” sistemi, 127 mm-lik “Leonardo LW” artilleriya kompleksi, iki 25 mm-lik “Leonardo KBA” artilleriya qurğusu, altı 324 mm-lik və iki 533 mm-lik torpeda aparatları, torpedoəleyhinə komplekslər yer alacaq.

Gəmin anqarında iki ədə NH90, yaxud bir ədəd AW101 helikopteri dislokasiya oluna biləcək.

Gəminin tam heyətinin sayı 171 nəfər olacaq.

İtali Hərbi Dəniz Qüvvələri ümumilikdə 16 bu tip gəminin sifariş etmək niyyətində olduqlarını söyləyiblər. Gəmilərin 2035-ci ilə kimi silahlanmaya daxil edilməsi nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş