İtkin düşmüş hərbçilərin ailələrinə psixoloji dəstək tədbirləri davam etdirilir

İtkin düşmüş hərbçilərin ailələrinə psixoloji dəstək tədbirləri davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin postmüharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azeri Defence”ə verilən məlumata görə, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır.

Bununla yanaşı, Agentlik şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini də davam etdirir. Ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar da keçirilir.

Qurumun “Onlayn psixoloji dəstək xidməti” (050 406-75-85) də müraciətlərin məzmununa uyğun olaraq vətəndaşları psixoloji dəstək yönümlü xidmətlərlə təmin edir.

KATEQORIYA:
Bu xəbəri paylaş