İtkin düşmüş şəxslərin axtarışına DSX-nin 7 gəmisi və 6 helikopteri cəlb olunub

Xəzər dənizindəki “Günəşli” yatağı­nın 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikop­ter­lə­ri ilə qarşılıqlı əlaqədə həyata keçirilir. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hazırda yanğın baş vermiş özül­dən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq hava­dan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.

Preziden İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradıl­mış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilməkdədir.

Dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən ərazi­yə və axtarış rayo­nu­na baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.

photo_20151210152816

photo_20151210152802

DCIM100GOPROGOPR0903.

photo_20151210152749

photo_20151210153011

DCIM100GOPROGOPR0937.

DCIM100GOPROGOPR0937.

photo_20151210152830

KATEQORIYA:
Bu xəbəri paylaş