IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçilərlə görüş keçirilib

IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə mayın 24-də  görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri iftixarla qeyd edilib.

Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma koman­dasının tərkibində “Sərhədçi” idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanması sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş