IWI-dən yeni qumbara buraxılış qurğusu – FOTO

Israel Weapon Industries (IWI) şirkəti GL40 adlı 40×46 mm-lik qumbara buraxılış qurğusunu təqdim edib.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə IWI şirkəti məlumat yayıb.

Xüsusi layihələşdirilmiş bu qumbaraatan IWI-nin bütün hücum tüfənglərinə uyğun gəlir.

GL40-dan həmçinin müstəqil şəkildə fərdi silah kimi də istifadə edilə bilər. Qumbaraatanın GL40-S adlı ikinci modifikasiyası da var.

Şirkət yeni qumbara buraxılış qurğusunu iyunun 11-dən 15-dək Parisdə keçiriləcək EUROSATORY 2012 sərgisində nümayiş etdirəcək.

Göstəriciləri
GL-40 qumbaraatanının çəkisi 1.35 kq, tam uzunluğu 755 mm, lüləsinin uzunluğu 305 mm-dir. Çəkisi 1.28 kq olan GL40-S qumbara buraxılış qurğusunun isə uzunluğu 705 mm, lüləsinin uzunluğu isə 254 mm-dir.

KATEQORIYA:
Bu xəbəri paylaş