IWI yeni TAR21 Flattop və X95 Flattop hücum tüfənglərini nümayiş etdirir

Israel Weapon Industries (IWI) Parisdə keçirilən və dünyanın ən böyük müdafiə sərgilərindən olan EUROSATORY-2012 sərgisində tipli yeni Tavor TAR21 Flattop və X95 Flattop hücum tüfənglərini nümayiş etdirib. “AzeriDefence”nin IWI şirkətinin saytına istinadən verdiyi məlumata görə, X95 Flattop 9 mm və 5.56 mm-lik fərqli kalibrli patronlardan atəş açma imkanına malikdir. Silah Xüsusi Təyinatlı Qüvvələr və elit bölmələrlə əməkdaşlıq çərçivəsində inkişaf etdirilərək onların spesifik tələblərinə və ehtiyaclarına uyğunlaşdırılıb. Silahın üzərindəki picatinny relslər ona digər aksessuarlar əlavə etmək imkanı verir.

Bullpap konfiqurasiyaya malik Tavor TAR21 Flattop isə 5.56x45mm kalibrli patronlardan atəş açır. Silahın çəkisi 3.28 kq, uzunluğu 725 mm, lüləsinin uzunluğu 460 mm-dir. Hücum tüfənginin üzərinə müxtəlif aksessuarlar, o cümlədən qumbara buraxılış qurğusu, kollimator yerləşdirmək imkanları mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş