J-31 Çinin yeni təyyarəsi

Çində J-31 adlı stealth tipli yeni döyüş təyyarəsinin uçuşları başlayıb. Bu barədə AzeriDefence xarici hərbi internet saytlarına istinadən məlumat verib.

Ən müasir avionika ilə təchiz olunmuş yeni təyyarə bu gün səhər Pekin vaxtı ilə saat 10:32-də havaya qalxıb.

Çin hərbi saytları yeni təyyarənin 19 ay ərzində AVIC Shenyang Aircraft Corporation (SAC) tərəfindən hazırlandığını yazıb. Bu təyyarənin ixracat üçün nəzərdə tutulduğu bildirilir.

Uçuş 11 dəqiqə davam edib. Çin hazırda iki növ 5-ci nəsil qırıcı təyyarə istehsal edən ikinci ölkədir.

Təyyarənin uzunluğu 16-17 metrdir, qanadlarının kənar nöqtələri arasındakı məsafə 10 metrdir. Təyyarənin konstruksiyasında iki qanadlı arxa dayaq sxemi də quraşdırılıb.

Təyyarənin sınaq versiyasında Rusiya istehsalı olan mühərrik istifadə olunub, lakin gələcəkdə təyyarəyə Çin istehsalı olan WS-13 mühərriki quraşdırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş