“JF-17 Block 2” təyyarəsinin sınaqları başladı – FOTOLAR

Pakistan-Çin birgə istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsinin “Block 2” variantının uçuş sınaqlarına başlanııb.
“AzeriDefence”nin “Janes Defence Weekly” jurnalına istinadən verdiyi məlumata görə, Pakistan Aeronautical Complex (PAC) tərəfindən Pakistan Hərbi Hava Qüvvələri üçün 10 ədəd “JF- 17 Block 2” versiyası hazırlanıb.

“JF-17 Block 1” konfiqurasiyası üzərində aparılmış təkmilləşmə nəticəsində meydana gələn “Block 2” konfiqurasiyası Çin istehsalı olan KLJ-7 bort radarı, KG300G müdafiə kompleksi, daha güclü oksigen generatoru və havada əlavə yanacaq doldurma sistemi ilə təchiz olunub. Təyyarə geniş çeşiddə idarə olunan silahlar daşıyacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş