JF-17-nin mühərriki modernləşdiriləcək

Pakistan aviasiya mühərrikləri sahəsində Rusiya şirkətləri ilə əməkdaşlıq edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlama ilə “Dubai Airshow-2015″də Pakistanın PAC (Pakistan Aeronautical Complex) şirkətinin nümayəndəsi  çıxış edib.

O bildirib ki, məlum olduğu kimi Pakistanın JF-17 “Tander” döyüş təyyarəsinə Rusiya istehsalı olan RD-93 mühərriki quraşdırılıb. Lakin mühərriklərin modernləşdirilməsi prosesi də aparılmalıdır. Bu səbəbdən də yaxın zamanlarda Pakistanla Rusiyanın mühərrik istehsalçıları arasında əməkdaşlıq konturları tam müyyənləşəcək.

PAC rəsmisi deyib ki, Pakistan mühərrik istehsalı sahəsində mütəxəsislərin qarşılıqlı əməkdaşlığında da maraqlıdır.

Xatırladaq ki, JF-17 – çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə PAC-la Çinin “Çenqdu” (Chengdu Aircraft Industry Corporation) şirkətinin birgə istehsalıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş