JF-17 Sinqapurda da diqqət mərkəzində oldu

Çin-Pakistan birgə istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi “Singapore Air Show-2012” beynəlxalq aerokosmik sərgisində nümayiş olunub. “AzeriDefence”nin “Defence and Aerospace” saytına istinadən veriyi məlumata görə, bundan əvvəl Dubayda debüt edən təyyarə Sinqapurda da potensial müştərilərin diqqət mərkəzində olub.

Çinin CATIC korporasiyasının nümayəndələri bildiriblər ki, təyyarə müasir elektron avadanlıqlar və silahllarla təchiz edilir. Bu təyyarə qərb ölkələrinin hərbi təyyarələrin satışına qadağa qoyduğu ölkələrə təqdim olunur.

Çinli mütəxəssislərin sözlərinə görə, JF-17 Rusiyanın mövcud təyyarələrindən iki dəfə yüngüldür və manevr imkanları daha yüksəkdir. JF-17-nin ixracat variantı texnologiyaların transferi yolu ilə xarici sifarişçilərə satıla bilər.

CATIC əməkdaşlarının sözlərinə görə, hazırda aktiv bort RLS-ləri ilə təchiz edilən döyüş təyyarələrinə tələbat müşahidə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş