JF-17 “Thunder” təyyarəsinin ikiyerli konfiqurasiyası ilk uçuş testini keçib

JF-17 “Thunder” döyüş təyyarəsinin iki yerli versiyası olan JF-17B ötən həftə Çinin Chengdu Aerospace Corporation (CAC) test mərkəzində ilk uçuş testini müvəfəqiyyətlə keçib.

Bu barədə “AzeriDefence” Pakistanın “Quwa” saytına istinadən məllumat verib.

JF-17B konfiqurasiyasının istehsalına CAC 2016-cı ilin aprel ayında başlayıb. Təyyarə Pakistan Hava Qüvvələri üçün PAC Kamra müəssisəsində istehsal olunacaq.

Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) JF-17B üçün bazarda geniş perspektivlər olduğunu bəyan edib. Çinin Milli Aero-Texnologiyaların İdxalı və İxracı Korporasiyasının baş meneceri Yang Ying bildirib ki, JF-17B üçün ilk test uçuşundan əvvəl xaricdən sifariş olub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş