JLTV maşınları üçün yeni döyüş modulu hazırlanıb

JLTV maşınları üçün yeni döyüş modulu hazırlanıb

ABŞ-ın “Moog” şirkəti uzaqdan idarə olunan “RiwP” döyüş modulunun yüngül konfiqurasiyasını hazırlayıb.

Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib. Yeni “RiwP” döyüş modulu ABŞ Dəniz Piyadaları Korpusunun ehtiyacını qarşlamaq məqsədi ilə hazırlanıb.

Dəniz Piyadalarının texnika parkında yer alan JLTV yüngül taktiki nəqliyyat vasitəsi üzərinə inteqrasiya ediləcək “RiwP” döyüş modulunun çəkisi sələfi ilə müqayisədə kifayət qədər azaldılıb.

Bundan əvvəl “Moog” şirkətinin hazırladığı ilk “RiwP” nümunəsi JLTV maşını üçün çox ağır hesab edilirdi. JLTV nəqliyyat vasitəsinin MADIS təchizatı ilə yük daşıma qabiliyyəti üçün “RiwP” döyüş modulunun çəkisinin təxminən 400 kiloqram azaldılması tələb edilirdi.

KATEQORIYA:
Bu xəbəri paylaş