JNG-90 snayper tüfənginin 5.56 mm çaplı versiyası hazırlanır

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) JNG-90 “Bora-12” snayper tüfənginin yeni nümunəsini hazırlayır.

Bu barədə “AzeriDefence” Türkiyənin “C4Defence” sayıtına istinadən məlumat verib.

Yeni snayper tüfəngi 5.56 mm çaplı olacaq.

Saytın məlumatına görə, MKE hazırda sözügedən silahın üzərində işlər aparır.

Qeyd edək ki, 7.62×51 mm çaplı JNG-90 snayper tüfəngi hazırda Türkiyə, Azərbaycan və İordaniyanın silahlanmasında yer alır. JNG-90 Azərbaycan Ordusunun əsas snayper tüfənglərindən biridir.

KATEQORIYA:
Bu xəbəri paylaş