JSOW C-1 sınaqları yekunlaşdı

ABŞ Hərbi Dəniz Qüvvələri “Raytheon Missile System” şirkəti tərəfindən hazırlanmış “Joint Standoff Weapon” (JSOW) C-1 raketinin idarəetmə sisteminin son sınaqlarını yekunlaşdırıb. “AzeriDefence”nin məlumatına görə, silahın əməliyyatlara ilkin hazırlıq mərhələsinin 2013-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Raytheon” şirkəti 2009-cu ildən JSOW C-1-nin seriyalı istehsalını aparır. Şirkət JSOW C-1-i dünyada ilk “şəbəkəli silah sistemi” adlandırır. Bu sistem özündə idarəolunan mühərriksiz mərmi qurğusunu təşkil edir. Raketin uçuş məsafəsi 70 mildir, əməliyyat həyata keçirilən zaman mərminin hədəfinin dəyişdirilməsi üçün yeniləmə mümkündür. Bu hərəkətdə olan gəmini məhv etmək imkanı da yaradır.

Təlim zamanı “F/A-18 Super Hornet” təyyarəsində quraşdırılan JSOW C-1 yüksək sürətlə hərəkətdə olan dəniz hədəfini 29 mil uzaqda vuraraq, qarşısına qoyulduğu tapşırığı uğurla yerinə yetirib. Raket qurulmuş vahid sistemlə eyni model iki ayrı təyyarədən də idarə oluna bilir. Belə ki, bir təyyarədən atılan raket yaxınlıqdakı eyni model təyyarədən aldığı koordinat vasitəsilə hədəfi müəyyənləşdirmək imkanına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş