Kəlbəcər rayonuna komendant təyin olunub

Kəlbəcər rayonuna komendant təyin olunub

Noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın Fərmanına uyğun olaraq komendant rejimi elan edilib və daxili işlər nazirinin əmri ilə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş