Kəmaləddin Heydərov Gəncədə dağılmış binalara baxış keçirib

Kəmaləddin Heydərov Gəncədə dağılmış binalara baxış keçirib

Oktyabrın 13-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket atması nəticəsində dağılmış binalara baxış keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Sakinlərlə görüşən general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş