Kəmaləddin Heydərov Rusiyanın Fövqəladə Hallar naziri ilə görüşüb

Kəmaləddin Heydərov Rusiyanın Fövqəladə Hallar naziri ilə görüşüb

Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

“Azeri Defence”nin Aərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyalı həmkarı general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə Azərbaycan FHN ilə Rusiya FHN-i arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş