K2 “Black Panther”ə alman motoru

Cənubi Koreyanın yaratdığı yeni nəsil əsas müharibə tankı olan K2 “Black Panther” Almaniyanın MTU firmasının xüsusi istehsalı olan mühərriklə təchiz olunacaq. “AzeriDefence”nin məlumatına görə, bununla bağlı məlumat ötən gün açıqlanıb.

Testləri müvəffəqiyyətlə başa vuran K2-dən Koreya ordusu üçün 600 ədəd istehsal olunması nəzərdə tutulur.

Çəkisi 55 ton təşkil edən K2-nin uzunluğu 10.8 metr, eni 3.6 metr, hündürlüyü 2.4 metr təşkil edir. Üç heyətə malik tank raketlərə qarşı APS (Active Protecting System – Aktiv Qoruma Sistemi) ilə təchiz olunacaq.

Tankın silahlanmasına 120 mm-lik top (40 mərmi), 1 ədəd 12.7 mm-lik K6 ağır pulemyot (3200 patron), 1 ədəd 7.62 mm-lik pulemyot (12000 patron) daxildir. Sürəti 70 km/saat, birbaşa mənzili 450 km-dir.

Tankın raketlərə qarşı qorumasını təmin edən APS-ə bir ədəd 3-D ölçülü radar və kompyüter sistemi daxildir. Radar tanka yaxınlaşan raketləri öncədən təyin edir. Daha sonra işə düşən müdafiə raketi 50 metr uzaqlıqda həmin raketləri məhv edir.

KATEQORIYA:
Bu xəbəri paylaş