KADDB “Stallion II” zirehli avtomobilini beynəlxalq bazara çıxarıb

İordaniyanın Kral II Abdullahın Layihə Bürosu (KADDB) “Stallion II” adlı çoxməqsədli zirehli avtomobil hazırlayıb. “AzeriDefence”nin məlumatına görə, zirehli avtomobil barədə Küveytdə keçirilən GDA-2013 müdafiə sərgisində məlumat verilib.

Hazırda bu avtomobilin xaricə ixracatı istiqamətində işlər aparılır.

Yüksək mobilliyə malik “Stallion II” daxili təhlükəsizlik və patrul əməliyyatlarını yerinə yetirən bölmələr üçün nəzərdə tutulur. Bütöv lehimlənmiş zirehli korpusa malik “Stallion II” avtomobilinin silahlanmasına 12.7-mm çaplı pulemyot daxildir. Baza versiyasında “Stallion” 7500 kq çəkiyə malikdir və 272 at gücündə “Steyr” mühərriki ilə təchiz edilib. Avtomobilin sürəti 125 km/saat, birbaşa hərəkət uzaqlığı təxminən 500 kilometr təşkil edir.

Heyəti 3 insan təşkil edən avtomobil desant bölməsində daha 5 insanı daşıya bilir.

Maşının üzərinə kiçik kalibrli reaktiv atəş sistemləri, “İqla” raketləri, qumbaraatanlar qurulan fərqli modifikasiyaları mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş