KADEX-2012 sərgisində Türkiyəni 15 şirkət təmsil edəcək

Bu ilin may ayının 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2012 beynəlxalq müdafiə sərgisində Türkiyə ayrıca milli pavilyonla təmsil olunacaq. Bu barədə “AzeriDefence” KADEX-2012 sərgisinin rəsmi saytına istinadən məlumat verib.

Sərgidə Türkiyə Müdafiə Sənayesi Katibliyi və 15 hərbi şirkət təmsil olunacaq. Artıq sərgidə iştirakı qeydiyyata alınmış şirkətlərin adları da açıqlanıb.

KADEX-2012 sərgisində Türkiyəni Anadolu Deniz Insaat, ASELSAN, Gate Elektronik, HAVELSAN, Koza Savunma, MKEK, Mikes, Milsoft, Otokar, Öztiryakiler, STM, Samsun Yurt Savunma, Sarsılmaz, Yapukoglu və Yonca-Onuk şirkətləri təmsil edəcəklər.

Son məlumata görə, sərgidə iştirak üçün 200-ə yaxın yerli və xarici şirkət müraciət edib. Sərginin təşkili ilə “Astana-Ekspo KS” şirkəti məşğul olur.

KADEX-2012 sərgisinin əsas bölmələri aşağıdakılardır:

• Silahlanma: Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrlərinin hərbi texnikası;
• Avadanlıqlar və xüsusi təyinatlı əmlak;
• İT-texnologiyalar, sistemlər və rabitə vasitələri;
• Qoşunların arxa cəbhə və texniki təminatı;
• Aviasiya və aviasiya silahlandırılması .

KATEQORIYA:
Bu xəbəri paylaş