KADEX-2016: Belarus yeni texnologiyalarını sərgiləyir

Əvvəlki illərdə olduğu kimi Belarus hərbi sənaye kompleksi bu il də KADEX-2016 sərgisində geniş miqyasda təmsil olunur.

“AzeriDefence”nin məlumatına görə, Belarusu sərgidə “Beltexekspoort” QSCnin rəhbərliyi altında müəssisələr təmsil edir. səhmdar cəmiyyətin stendində PUA-lara qarşı mübarizə sistemləri, habelə Belarus müəssisələrində istehsal edilmiş PUA-lar, hava hücumundan müdafiə sistemlərinin müasirləşdirməsi üzrə Belarusda hazırlanmış layihələr, zirehli tank və aviasiya texnikası, həmçinin müasir optik və optik-elektron cihazlar nümayiş olunur.

Sərgidə Belarusu “Aqat”, “Radar” KB, “Displey” KB, “140-cı təmir zavodu”, “2566 nömrəli radioelektron silahların təmiri zavodu”, TSNİP, NTTS, Pelenq, “BelOMO”, Belarus Elemlər Akademiyasının Çoxfunksiyalı pilotsuz komplekslər” müəssisəsi və digər müəssisələr təmsil edirlər.

Belarus müəssisələri tərəfindən sərgidə “Osa” ZRK-nin yeni modernizə olunmuş nümunəsi, GPS və QLONASS naviqasiyasına qarşı “Optima 3.2” sistemi, “Vostok 3D” üçkoordinatlı radarının və “Rosa-RB” radarlarının maketi, “Kayman” zirehli avtomobili, “Şerşen” və “Ovod”  tank əleyhinə idarə olunan raket kompleksləri, “Adunok” döyüş modulu və s. məhsullar nümayiş olunur.

KADEX-2016 sərgisində müstəqil şəkildə təmsil olunan Belarusun “558-ci aviasiya təmir zavodu”  “Berkut”, “Kondor” takrik PUA-ları, habelə vertikal enib-qalxma xüsusiyyətinə malik “Şerşen” PUA-nı sərgiləyir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş