KADEX-2016: Çin “Əjdahanın qanadı”nı Qazaxıstanda sərgiləyəcək

Çin AVİC dövlət korporasiyası iyun ayının 2-dən 5-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2016 beynəlxalq müdafiə sərgisində “Wing Loong” zərbə PUA-nı nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.

“Wing Loong” (“Pterodaktel” və ya “Əjdahanın qanadı”) PUA Çinin AVIC Dövlət Aviatikinti Korporasiyasına aid olan CADI Aviasiya Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. PUA-nın maketi ilk dəfə 2008-ci ildə, özü isə 2012-ci ildə Çində keçirilmiş aviasiya sərgisində təqdim edilib.

İstehsalçının məlumatına görə, “Wing Loong” PUA dəqiq zərbələr endirməyi və uzun müddətli kəşfiyyat missiyalarını yerinə yetirməyi bacarır. PUA-nın uçuş məsafəsi 3000 km, havada qalma müddəti təqribən 20 saat, faydalı yükü 200 kq-dır. Aparatın çəkisi 1,1 t, qanad açıqlığı 14 m, aparatın uzunluğu 9 m, maksimal uçuş hündürlüyü 5300 metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş