KADEX-2016 sərgisində 300-dən artıq şirkətin iştirakı gözlənilir

Qazaxstanın paytaxtı Astanada keçiriləcək KADEX-2016 4-cü Beynəlxalq hərbi-əmlak sərgisində dünyanın 300-dən artıq istehsalat şirkətinin iştirakı gözlənilir.

KADEX-2016 sərgisinin Təşkilat Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə iştirakla bağlı müraciətlər hələ də davam edir.

Sərginin keçirilməsi üçün 15 min kvadrat metrlik ərazi ayırılıb. Burada şirkətlərə məhsullarını təqdim etmək və digər tədbirlərin həyata keçirilməsi üçün 8 qapalı və bir neçə açıq pavilionlar yaradılıb.

Sərgi iyunun 2-dən 5-ə kimi Astanada keçiriləcək.

Məlumatda o da qeyd olunub ki, KADEX-2016 sərgisi region dövlətlərinin müdafiə sənayesi sektorunun inkişafına, əməkdaşlığa, birgə şirkətlərin yaranmasına stimul verir.

KADEX-2016 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edir.

KATEQORIYA:
Bu xəbəri paylaş