KADEX-2016-nın keçiriləcəyi tarix müəyyənləşdi

Qazaxıstanda keçiriləcək KADEX-2016 IV hərbi-texnoloji əmlak sərgisinin tarixi müəyyənləşib.

“AzeriDefence”nin məlumatına görə, KADEX-2016 iyunun 2-5 tarixlərində keçiriləcək sərginin işində müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Sərgi aşağıdakı tematik bölmələrdən ibarətdir:

• Aviasiya texnikası, PUA və kosmik texnologiyalar
• Quru qoşunlar və hərbi dəniz qüvvələri üçün texniki qurğular
• HHM sistemi vasitələri
• Qoşunların texniki təminat və təchizatı
• İT texnologiyaları, rabitə sistemləri və vasitələri
• Hərbi sferada texniki işlər
• Hərbi sahədə alternativ enerji mənbələri

KATEQORIYA:
Bu xəbəri paylaş