KADEX-2016 sərgisinə qatılacaq şirkətlərin ilkin siyahısı açıqlanıb

İyun ayının 2-dən 5-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək KADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirak edəcək şirkətlərin ilkin siyahısı açıqlanıb.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.

1 yanvar 2016-cı il tarixinədək dünyanən müxtəlif ölkələrindən 84 şirkət sərgidə öz iştirakını təsdiqləyib. Sərgidə Qazaxıstandan 25 şirkət və dövlət tabeliyində olan müəssisə öz məhsul və xidmətlərini təqdim edəcək.

KADEX-2016 sərgisində xarici ölkələrdən ən çox şirkətlə Rusiya çıxış edəcək və sərgidə Rusiya müdafiə sənayesi 30 müəssisə ilə təmsil olunacaq.

Bu ilki sərgidə Fransa şirkətlərinin aktivliyi nəzərə çarpır. Belə ki, Fransanı GIFAS, MBDA, Verney-Carron S.A. və Ouvry SAS kimi şirkətlər təmsil edəcək. Sərgidə İtaliyadan 6, Almaniyadan 3, İsraildən 3, Çindən 6 şirkət bu günədək iştirakını təsdiqləyib.

KADEX-2016 sərgisinə milli pavilyonla qatılacaq Türkiyə müdafiə sənayesinin isə neçə şirkətlə təmsil olunacağı açıqlanmayıb.

KADEX-2016 sərgisində yuxarıda adı çəkilən şirkətlərlə yanaşı Airbus Group, Beretta, Beechcraft Corporation, Antonov GK, Abeking & Rasmussen, BrahMos Aerospace, Rosoboronexport, Russian Helicopters, United Shipbuilding Corporation, Almaz-Antey, UralVagonZavod, Şvab, Kamaz, ALIT, Poly Technologies, CETC International, Elbit Systems, United Aircraft Corporation kimi tanınmış şirkətlər yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş