KADEX-2106 IV hərbi-texnoloji sərgi öz işinə başlayıb – VİDEO – FOTO
Qazaxıstanın paytaxtı Astanada KADEX-2106 IV hərbi-texnoloji sərgi öz işinə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, sərginin keçirilməsi üçün 90 min kvadrat metrlik ərazi ayırılıb. Burada şirkətlərə məhsullarını təqdim etmək və digər tədbirlərin həyata keçirilməsi üçün 8 qapalı və bir neçə açıq pavilionlar da yaradılıb. KADEX-2016 sərgisi region dövlətlərinin müdafiə sənayesi sektorunun inkişafına, əməkdaşlığa, birgə şirkətlərin yaranmasına stimul verir.
KADEX-2016-ya gələn Qazaxıstanın müdafiə naziri İmanğali Tasmağambetov xarici ölkələrin rəsmi nümayəndə heyətlərinə sərgi və burada nümayiş olunan yerli məhsullar barədə qısaca məlumat verib.
O bildirib ki, Qazaxıstan və Mərkəzi Asiya regionunda hərbi sənaye sahəsində son yeniliklərin göstərilməsi üçün meydandır.
Sonra iştirakçılar sərgi ilə sərbəst şəkildə tanış olublar.
Azərbaycan tərəfdən sərgidə müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sərgidə iştirak edən hərbi sənaye kompleksi üzrə ixtisaslaşmış müəssisələr Azərbaycanla əməkdaşlıq etmək üçün niyyətlərini açıqlayıblar. Bu qurumlarla yeni məhsullarla istehsalına dair maraqlı məlumatlar əldə edilib. Bundan başqa türkiyənin ASELSAN, həmçinin İsrailin müvafiq qurumları ilə də yeni işlərə dair müzakirələr də aparılıb.
Xatırladaq ki, KADEX-2016 sərgisində 300-dən artıq şirkət iştirak edir. Sərgi iyunun 2-dən 5-ə kimi Astanada keçiriləcək. Sərgi çərçivəsində Rusiyanın “Almaz Antey”, “Vertolyotı Rossia” və “KamAz” dövlət şirkətləri ilə yanaşı İsrail, Türkiyə və digər dövlətlərin yerli məhsulları nümayiş olunur.