“Kalaşnikov” distans idarə olunan tırtıllı robot maşın yaradıb- FOTO  

Rusiyanın “Kalaşnikov” Dövlət Şirkəti tırtıllı platforma üzərində yaradılan “Soratnik” adlı robot maşın yaradıb.

“AzeriDefence”nin şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, məhsul Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında hazırlanıb.

“Soratnik” kəşfiyyat, patrul, ərazinin mühafizəsi, minatəmizləmə və digər hərbi təyinatlı məqsədlər üçün istifadə olunur.

Kompleks hərbi əməliyyatlarda atəş dəstəyini də yerinə yetirə bilir. Bundan başqa robot-maşın döyüş meydanına sursat daşınması və təxliyyə məqsədli də istifadə edilə bilər.

“Soratnik” müdafiə vasitələri və rabitə sistemləri ilə də təchiz edilib.

Bu qurğular passiv vəziyyətdə 10 sutka çalışır və 2,5 km məsafədə hədəfi müəyyənləşdirir.

Distans istifadədə maşın 10 km məsafədə idarə olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş