“Kalaşnikov” yeni kəşfiyyat-müşahidə xarakterli PUA-nın seriyalı istehsalına başlayıb

Rusiyanın “Kalaşnikov” konserni yeni ZALA 421-16Е2 kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayıb.

“Azeridefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, “Kalaşnikov” konserninə daxil olan “ZALA AERO GROUP” tərəfindən istehsal olunan PUA-nın cari ildə dövlət sınaqlarından keçirilməsi gözlənilir.

“ZALA AERO GROUP”un baş direktorunun müavini Nikita Zaxarov pilotsuz aparatın kifayət qədər sadə olduğunu bildirib: “İstismarda etibarlı və səssiz uçuş rejiminə malikdir. Bu il ZALA 421-16E2-lə komplekslərə sifariş portfeli artıq formalaşıb. Sifarişçilər arasında dövlət orqanları, müəssisələr və müxtəlif kommersiya strukturları var. PUA-nın ilk partyası artıq sifarişçilərə təhvil verilib”.

Çəkisi 7,5 kq təşkl edən PUA 4 saat uça bilir. Uçuş katapultanı istifadə etmədən əl ilə həyata keçirilir. Videoməlumatın ötürülməsi üzrə fəaliyyət radiusu 30 km təşkil edir, çətin meteoroloji şəraitdə isə istismarı ən azı 50 km-dir.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş