“Kalaşnikov” Konsernin AK-12 və AK-15 avtomatlarının sınaqları yekunlaşdı

“Kalaşnikov” avtomatının AK-12 və AK-15 modellərinın sınaqları yekunlaşıb.

“AzeriDefence”nin məlumatına görə, bunu “Kalaşnikov” Konsernin baş direktoru Aleksey Krivoruçko bildirib.

Onun sözlərinə görə, “Kalaşnikov” artıq 5,45 mm-lik AK-12 və 7,62 mm-lik AK-15 avtomatlarının seriyalı istehsalına hazırdır. Avtomat yüksək etibarlılıq və istehsal zamanı xərcinin az olması ilə diqqəti çəkir.

AK-12-yə əlavə qurğular – görmə cihazları, lüləaltı qumbaraatan, nişangah quraşdırmaq mümkün olacaq. Silahdan hər iki əldə ayrı-ayrılıqda rahat şəkildə istifadə etmək mümkündür. Ən əsası isə sol əllə istifadə zamanı avtomat heç bir problem yaratmayacaq. Avtomat üç – tək, üç və avtomat atəş rejimlərində çalışa biləcək.

Avtomatın yeniliklərdən biri də xarici istehsal olan qumbaraatanların silaha inteqrasiya oluna bilməsidir. Silahın darağı 30-60 güllə tutumundadır. Baraban tipli darağında isə 95 mərmi yerləşir.

Qeyd edək ki, Rusiya Federasiyası baş nazirin müavini Dmitri Roqozin bir müddət əvvəl bildirmişdi ki, yeni avtomatların silahlandırılmaya qəbulu haqqında qərar bu il gözlənilir. Yaxın illərdə AK-12-nin bazasında “Kalaşnikov” avtomatının 20 müxtəlif modifikasiyası hazırlanacaq. Həmçinin bax – AK-12 – rusların tərifli yeni silahı

KATEQORIYA:
Bu xəbəri paylaş