“Kalaşnikov”un yeni snayper tüfəngləri – FOTO

“Kalaşnikov” Konserni “Armiya-2016” beynəlxalq hərbi-texniki forumda SVK adlı yeni snayper tüfəngini ilk dəfə nümayişə çıxarıb.

Bu barədə “AzeriDefence”yə Konsernin mətbuat xidmətindən məlumat verilib.

Müəssisənin məlumatında qeyd olunub ki, yeni tüfəngin konsepsiyası Rusiya Federasiyasının xüsusi bölmələrinin snayperlərinin arzuları nəzərə alınaraq hazırlanıb.

Yığcamlığı ilə seçilən SVK iki variantda 7.62×54 və 7.62×51 NATO patronlarına uyğun hazırlanıb.

Tüfəng qatlanan qundağa, ön hissədə açılıb yığılan ayaqlara malikdir. Lülə qutusunun üzərində optik nişangahlar bərkitmək üçün pikkatini tamasaları qurulub.

Silahın avtomatikası qaz porşeninin qısa gedişinə əsaslanır.

Silah 5, 10 və ya 20 patron tutumlu daraqla komplektləşdirilir. 7.62x54R patronları ilə atış üçün hazırlanmış variantda SVK daraqları SVD tüfənginin darağı ilə arşılıqlı əvəz olunandır.

Hazırda SVK zavod sınaqları keçir.

“Kalaşnikov” Konserni forumda həmçinin özünün VSV-338 modulyar yüksək dəqiqlik snayper tüfənginin təcrübi nümunəsi təqdim edib. Korpusu alüminium ərintisindən hazırlanmış tüfəng .338 Lapua Magnum patronlarla 1500 metrədək məsafədə atışlar aparmağa imkan verir. Silahın gövdəsinin və qundaq yatağının yuxarı hissəsində optik və mexaniki nişanın quraşdırılması üçün Pikatinni tamasaları yerləşdirilib.

Tüfəngin qundağının hündürlüyü və uzunluğu tənzimlənəndir. Qundaq eyni zamanda yana doğru qatlanır.

VSV-338 snayper tüfəngi

VSV-338

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş