“Kalaşnikov”un yeni tapança-pulemyotu dövlət sınaqlarını tamamlayıb

“Kalaşnikov”un yeni tapança-pulemyotu dövlət sınaqlarını tamamlayıb

Rusiyanın “Kalaşnikov” Konserni tərəfindən hazırlanan yeni tapança-pulemyotun dövlət sınaqları tamamlanıb.

Bu barədə “AzeriDefence”ə “Kalaşnikov” Konsernin mətbuat xidmətindən məlumat verilib.

Şirkətin məlumatına görə, tapança-pulemyotun erqonomikası və ona aid avadanlıqlar təkmilləşdirilib, o cümlədən silah yeni səsboğucu ilə təchiz edilib.

“Vityaz-MO” proqramı çərçivəsində hazırlanan silahın seriyalı istehsala hazır olduğu bildirilib.

Yeni tapança-pulemyota Viktor Kalaşnikovun xatirəsini əbədiləşdirmək üçün 9 mm-lik PPK-20 “Kalaşnikov” adı verilməsi tövsiyə edilib.

Məlumatda o da qeyd olunub ki, yeni tapança-pulemyotu hazırda seriyalı istehsalı davam edən “Vityaz-SN” avtomatınının bazasında hazırlanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş