“Kale” KSR338 snayper tüfəngi seriyalı istehsala hazırdır

“Kale” KSR338 snayper tüfəngi seriyalı istehsala hazırdır

“Kale” şirkəti tərəfindən atıcı silahların hazırlanması, istehsalı və tədarükü davam edir.

“AzeriDefence” “C4 Defence”ə istinadəb xəbər verir ki, bu barədə “Kale” şirkətlər qrupunun direktor müavini Osman Okyay deib.

Osman Okyay bildirib ki, 5,56×45 mm kalibrli NATO patronları ilə dəstləşdirilən KCR 556 və KCR 762 indeksli avtomatların sifrişçiyə çatdırılması davam edir.

12,5 inç və 14,5 inç lülələrə sahib KMR 762 snayper tüfəngi adı aşıqlanmayan xarici ölkəyə ixrac edilir.

Direktor müavini qeyd edib ki, .338 “Lapua” patronlarından istifadə edən KSR338 indeksli snayper tüfəngi kalifikasiya sınaqlarını tamamlamaq üzrədir. Bunun ardınca hazırlıq prosesindən keçəcək “Kale” KSR338 snayper tüfənginin seriyalı istehsalı başlayacaq.

“Kale” silah ailəsinin .50 kalibrli KSR50 adlı snayper tüfənginin bir ildən artıq müddətdir ki, tədarükü davam edir. Tüfəng “bolt-action” prinsipinə əsaslanır, 12,7×99 mm-lik NATO patronu istifadə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş