Kanada İsraildən 29 ədəd F-16 döyüş təyyarəsi alacaq

Kanada İsraildən 29 ədəd F-16 döyüş təyyarəsi alacaq

İsrail Müdafiə Nazirliyi silahlanmadan çıxarılan 29 ədəd F-16 A/B “Netz” döyüş təyyarəsini Kanadaya satacaq.

“Azeri Defence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, hazırda 29 ədəd F-16 A/B “Netz” döyüş təyyarəsinin Kanadanın “Top Aces” aviasiya məktəbinə satılması istiqamətində görüşmələr keçirilir.

Kanada Silahlı Qüvvələri üçün aviasiya təlim xidmətmətləri göstərən “Top Aces” aviasiya məktəbi hər bir F-16 təyyarəsi üçün təxminən 3.5 milyon ABŞ dolları ödəməsi planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş