Kanada “Kongsberg” şirkətinə “Protector” döyüş modulu sifariş verib

Kanada “Kongsberg” şirkətinə “Protector” döyüş modulu sifariş verib

Norveçin “Kongsberg” şirkəti Kanada Silahlı Qüvvələrindən “Protector” məsafədən idarə olunan döyüş modulu sifariş alıb.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı Kanada ilə “Kongsberg” şirkəti arasında 56.6 milyon ABŞ dolları (500 mln.kron) dəyərində müqavilə imzalanıb.

“Protector” məsafədən idarə olunan döyüş modulu Kanada Ordusunun 4×4 təkər formuluna malik “Eagle” zirehli nəqliyyat vasitələrinin üzərinə inteqrasiya olunacaq.

Qeyd edək ki, Kanada “Kongsberg” şirkəti ilə ilk “Protector RWS” müqaviləsini 2005-ci ildə imzalayıb, ardından 2012 və 2014-cü illərdə əlavə müqavilələr bağlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş