Kanada Ordusunun yeni avtomatı – FOTO

Kanada Müdafiə Tədqiqatları və İnkişafı Mərkəzi (DRDC) “Colt Canada” şirkəti ilə birlikdə yeni hücum tüfənginin yaradılması üzrə işləri tamamlayıb.
Bu barədə “AzeriDefence” DRDC-in saytına istinadən məlumat verib.

Kanada Silahlı Qüvvələrinin sifarişi üzrə hazırlanmış yeni silah bullpap dizayna əsaslanır. Yüngül çəkili silaha müxtəlif atış kontrol sensorları, həmçinin elektro-optik sistemlər quraşdırmaq imkanları mövcuddur.

Yeni hücum tüfəngi 5.56 çaplı patronlarla yanaşı 12 kalibrli ov tüfənginin patronu və ya 40 mm çaplı qumbaralarla da atəş aça biləcək.

Kanada Ordusunun əsgər sistemləri qrupunun rəisi, podpolkovnik Serge Laponite bildirib ki, bu silah şəhər, dağ, meşə, səhra və Arktik ərazilərdə istifadə olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş