Kanada ötən il Azərbaycana 500 ədəd hücum tüfəngi satıb

Kanada 2014-cü ildə Azərbaycana hücum tüfənglərinin satışını həyata keçirib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Kanadanın BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Kanada Hökumətinin açıqladığı məlumata görə, 2014-cü ildə Azərbaycana 500 ədəd hücum tüfəngi ixrac olunub. Bu silahlar ordu, mühafizə şirkəti və hüquq-mühafizə orqanları üçün olub.

Satılan silahın modeli barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu Kanadadan Azərbaycana ilk silah satışıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş