“Kaplan-STA” maşınları OMTAS raketləri ilə silahlandırılıb

“Kaplan-STA” maşınları OMTAS raketləri ilə silahlandırılıb

Türkiyənin FNSS şirkəti “Kaplan-STA” tanklarla mübarizə maşınlarının seriyalı istehsalını davam etdirir.

“AzeriDefence”nin “C4 Defence”ə istinadən verdiyi xəbərə görə, bunu FNSS şirkətinin baş direktoru Nail Kurt deyib.

N.Kurt bildirib ki, Silah Daşıyıcı Maşınlar – STA layihəsi çərçivəsində hazırda 26 ədəd “Kaplan-STA” maşını Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Son iki “Kaplan-STA” döyüş maşını ROKETSAN şirkətinin istehsalı olan OMTAS orta mənzilli tank əleyhinə raketləri ilə silahlandırılıb.

Şirkət direktorunun sözlərinə görə, 2020-ci ilin sonuna qədər OMTAS qüllələri ilə silahlandırılan 4×4 təkər formuluna malik “Pars-STA” tanklarla mübarizə maşınlarının da Silahlı Qüvvələrə tədarükü planlaşdırılıb.

STM və FNSS şirkəti arasında imzalanmış müqavilə çərçivəsində 2021-ci ilədək tırtıllı və təkərli konfiqurasiyada 260 ədəd tanklarla mübarizə maşının tədarükü planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş