“Kargu” PUA-lar yaxın zamanlarda sifarişçiyə təhvil veriləcək

“Kargu” PUA-lar yaxın zamanlarda sifarişçiyə təhvil veriləcək

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Kargu” kamikadze dronlarının növbəti partiyası yaxın zamanlarda təhlükəsizlik qüvvələrinə təhvil veriləcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Anadolu Ajansı”na STM şirkətindən bildirilib.

Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə STM şirkəti arasında imzalanmış müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə 500-dən artıq “Kargu” kamikadze dronun tədarükü planlaşdırılıb.

Yeni “Kargu” kamikadze dronların uçuş müddəti, uçuş tavanı və avtonomluğu artırılıb, səs səviyyəsi azaldıldılıb. “Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir.

“Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş