“Katmercilər” şirkəti “Xızır” adlı yeni zirehli maşınını təqdim edib – FOTOLAR

Türkiyənin “Katmercilər” şirkəti İstanbulda keçirilən “High-Tech Port-2016” sərgisində “Hızır” zirehli maşınını təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, sərgiyə gələn Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və digər rəsmi şəxslər “Katmerciler”in stendinə də baş çəkərək, şirkətin nümayiş etdirdiyi zirehli texnikalarla tanış olublar.

“Katmercilər” İdarə Heyyətinin rəhbəri İsmail Katmerci “Xızır” zirehli döyüş maşını barədə məlumat verib.

Bildirilib ki, 4×4 təkər formulu üzərində yaradılan 8,9 litr 6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır.

Maşının ümumi uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir.

V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur.

Zirehli maşın sürücü və komandir daxil olmaqla 9 heyəti daşıma qabiliyyətinə sahibdir.

Mərkəzləşdirilmiş təkər doldurma, yedək, KBRN hava filtirləmə ilə yanaşı “Xızır” avtomatik yanğın söndürmə sistemi ilə komplektləşdirilib.

Maşının silahlanmasında ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu yer alır.

unnamed (1)

unnamed (2)

unnamed (3)

unnamed (4)

unnamed (5)

KATEQORIYA:
Bu xəbəri paylaş