“Katmerciler” “Xızır”ın ballistik testlərini keçirib – VİDEO

Türkiyənin “Katmerciler” şirkətinin istehsalı olan “Xızır” zirehli maşının ballistik testləri keçirilib.

“Katmerciler” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, 4×4 təkər formuluna malik “Xızır”ın partlayış testləri uğurla nəticələnib.

Sınaqlar zamanı həm alt hissəsindən həm yan tərəflərdən edilən partlayışlarda “Xızır” dözümlülüyə malik olduğunu nümayiş etdirib. “Xızır” bu test ilə yüksək ballistik qoruma ilə yanaşı mina və əldəqayırma partlayıcılara qarşı üstün qorumaya sahib olduğunu təsdiq edib.

Türkiyə Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək məqsədi ilə istehsal edilən “Xızır” zirehli maşının bundan əvvəl keçirilən yol, performans və su testləri də uğurla tamamlanıb.

“Xızır” zirehli maşının komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans, sərhəd təhlükəsizliyi və kəşfiyyat konfiqurasiyalarının hazırlanması mümkündür. 6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır.

Maşının uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş