“Katmercilər” “Xızır”ın hərəkət testlərini keçirir – FOTOLAR

Türkiyənin “Katmercilər” şirkətinin istehsalı olan “Xızır” zirehli maşının yol və performans testlərinə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Katmercilər” şirkətinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, “Xızır” zirehli avtoçobilin təqdimatı 2016-cı ilin noyabr ayında İstanbulda keçirilən “High-Tech Port-2016” sərgisində Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə keçirilib.

4×4 təkər formulu üzərində yaradılan 8,9 litr 6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır. Maşının uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur.

Zirehli maşın sürücü və komandir daxil olmaqla 9 heyəti daşıma qabiliyyətinə sahibdir.

Mərkəzləşdirilmiş təkər doldurma, yedək, KBRN hava filtirləmə ilə yanaşı “Xızır” avtomatik yanğın söndürmə sistemi ilə komplektləşdirilib. Maşının silahlanmasında ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş