“Katmerciler”in robot platformasına peykdən nəzarət olunacaq

Türkiyənin “Katmerciler” şirkəti məsafədən idarə olunan döyüş robotunu (UKAP) təqdim edib.

“AzeriDefence”nin “Katmerciler” şirkətinə istinadən verdiyi xəbərə görə, yeni döyüş robotu 20-21 dekabr tarixlərində Ankarada keçirilən Özəl Sektor Ar-Ge və Dizayn Mərkəzləri Zirvəsində nümayiş etdirilir.

UKAP robotu distans idarəetmə bölməsi ilə 3 km məsafədən idarə olunur. UKAP son olaraq peyk-nəzarət sistemi ilə təchiz edilib və beləliklə döyüş robotun kontrol mənzili artırılıb.

Platformaya son olaraq əlavə olunan xüsusiyyətlərdən biri də peyk sistemləri vasitəsi ilə 100 və ya daha çox UKAP robotuna eyni vaxtda nəzarət edilə bilməsidir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, enerji sistemi elektrikli və ya hibrid ola bilən UKAP, modulyar platforma olaraq fərqlənir.

Baza versiyası döyüş platforması olaraq hazırlan robot ehtiyaclara görə, fərqli konfiqurasiya edilə bilər. Bununla yanaşı UKAP elektro-optik sistemlərlə təchiz edilərək kəşfiyyat-müşahidə robotu, gərəkli avadanlıqlar ilə minatəmizləmə robotu və ya üzərinə zirehli kabinə inteqrasiya olunaraq təxliyə robotu olaraq da konfiqurasiya oluna bilər.

Təxminən 1.100 kq ağırlığında olan UKAP 2.000 kq əlavə yük daşıma qabiliyyətinə malikdir. Yeni platformada hərbi sursat və avadanlıqların da daşınması nəzərə alınıb.

Qeyd edək ki, UKAP döyüş maşını ASELSAN şirkətinin istehsalı olan “Sarp” döyüş modulu ilə silahlandırılmış versiyada nümayiş etdirilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş