“Kazakhstan Engineering” “Armiya-2020”də geniş çeşiddə məhsullarını nümayiş etdirəcək

“Kazakhstan Engineering” “Armiya-2020”də geniş çeşiddə məhsullarını nümayiş etdirəcək

Qazaxıstanın “Kazakhstan Engineering” ASC-nin müəssisələri Rusiyada bu il avqustun 23-dən 29-dək keçiriləcək “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumda iştirak edəcəklər.

Bu barədə Azeri Defence saytına “Kazakhstan Engineering” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Forumda iştirakın əsas məqsədləri törəmə müəssisələrin ixrac üçün ikitərəfli məhsul istehsalı üçün imkanlarını nümayiş etdirmək, əməkdaşlıq məsələlərinə dair danışıqlar, investisiya və müasir texnologiyaların cəlb edilməsi çərçivəsində ortaq layihələrin yaradılması, beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafıdır.

Qazaxıstan stendində “Tınıs” zavodu aviasiya komponentlərinin, güc strukturları üçün fərdi qoruyucu vasitələrin və digər məhsulların nümunələrini nümayiş etdirməyi planlaşdırır.

Forumda “S. M. Kirov adına Zavod” ASC qorunan noutbuk və planşetlər, “Semey Engineering” zirehli texnikanın əsaslı təmir və modernləşdirilməsi üzrə xidmətlər, “Semipalatinskiy maşınqayırma zavodu” modifikasiya edilmiş tırtıllı transportyor və s. təqdim edəcək.

Forum çərçivəsində potensial müştərilərlə istehsal olunan ikili istifadəli məhsulların tədarükü ilə bağlı danışıqların aparılması, eləcə də perspektivli layihələr barədə müzakirələrin aparılması planlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş