Keçmiş SSRİ regionunun hərbi xərcləri – STATİSTİKA

Dünya Silah Ticarətinin Analizi Mərkəzi keçmiş SSRİ dövlətlərinin hərbi xərcləri ilə bağlı hesabat açıqlayıb.

“AzeriDefence”nin məlumatına görə, 2007-2014-cü illəri əhatə edən hesabatda dünya bölgələri üzrə postsovet regionunun 5-ci yerdə dayandığı qeyd olunub.

İlk 4 yeri isə Şimali Amerika, Asiya-Sakit okean, Qərbi Avropa və Yaxın Şərq tutub.

Hesabatda bildirilib ki, 2014-cü ildə postsovet ölkələrinin ümumilikdə hərbi xərcləri 77,960 milyard dollardır. Bu da ümumdünya hərbi xərclərinin 4,71 faizi deməkdir.

2008-ci illə müqayisədə hərbi xərclər kəskin şəkildə artıb.

Demək olar ki, hər il 20 faiz civarında xərclər artmağa başlayıb.

Təkcə 2011-ci ildə regionun hərbi xərcləri 63,535 milyard dollara çatıb.

Postsovet ölkələri arasında hərbi xərcləri sürətlə artan ölkələr isə Gürcüstan, Azərbaycan və Ermənistandır.

Növbəti yeri isə Özbəkistan tutub. Ən son iki yeri isə Moldova və Türkmənistan bölüşdürüb.

Qeyd edək ki, adıçəkilən regiona 15 postsovet respublikası – Azərbaycan, Ermənistan, Belorus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikstan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniya daxildir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş