Kəmaləddin Heydərov İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 21-də İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşüb.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcudluğundan söz açaraq bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

B.Trayber İsraildə baş vermiş meşə yanğınların qarşısının alınması zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırlamış və iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş