Keniya Ordusu “Katmerciler” şirkətinin “Xızır” zirehli maşınlarını seçdi

Keniya Ordusu “Katmerciler” şirkətinin “Xızır” zirehli maşınlarını seçdi

Keniya Silahlı Qüvvələri Türkiyənin “Katmerciler” şirkətinin istehsalı olan “Xızır” zirehli maşınları alır.

“Poliqon” xəbər verir ki, Keniya hökuməti Türkiyədən ümumi dəyəri 70 milyon ABŞ dolları təşkil edən 118 ədəd “Xızır” zirehli maşını idxal edəcək.

“Xızır” zirehli maşınları sərhəd təhlükəsizliyi, komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans və kəşfiyyat konfiqurasiyalarının hazırlanması mümkündür. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var.

Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur. 6 silindir 298 kW gücündə 400 BG dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır. Maşının döyüş ağırlığı 16 tondur.

KATEQORIYA:
Bu xəbəri paylaş