Kəşfiyyat bölmələrinin hazırlıq məşqləri keçirilir

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin kəşfiyyat bölmələri ilə hazırlıq məşqləri keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məşqlərdə əsas diqqət gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə bölmələrin fəaliyyətinə yönəlib.

Ən müasir müşahidə və kəşfiyyat vasitələri ilə təchiz edilmiş şəxsi heyətin təlimata uyğun olaraq təhlükəli ərazilərdə hərəkətinə, gecəgörmə cihazlarından istifadə etməklə şərti düşmənin nəzarətində olan mövqelərdə və onun müdafiəsinin dərinliyində fəaliyyət göstərmək tapşırıqlarına xüsusi diqqət yetirilir.

Eyni zamanda silahla davranış, nişanalma, müxtəlif növ silahların düzgün tətbiqi, atəş zamanı hərəkət üsulları və digər tədris tapşırıqları da icra edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş