KF-X döyüş təyyarəsinin AFAR radarı hazırlanıb

KF-X döyüş təyyarəsinin AFAR radarı hazırlanıb

Cənubi Koreya Müdafiə Nazirliyinin Müdafiə İnkişafı Agentliyi (ADD) perspektivli KF-X döyüş təyyarəsinin AFAR radiolokasiya stansiyasının prototipini hazırlayıb.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi məlumata görə, “Hanwha” Sistemləri Araşdırma İnstitutunda KF-X-in AFAR radarının təqdimatı keçirilib.

Prototipin bu ilin sonunda KF-X döyüş təyyarəsinin ilk prototipinə inteqrasiya üçün hazır olacağı deyilib. KF-X proqramının baş podratçısı “Korea Aerospace Industries” (KAI) şirkəti AFAR radarının inteqrasiya işinə cavabdeh olacaq.

4 ++ nəsil KF-X təyyarəsinin yaradılması layihəsi ADD-nin rəhbərliyi altında KAI şirkəti tərəfindən həyata keçirilir. 2015-ci ildə layihənin icrasına başlanılıb, 2018-ci ildə dizaynı tamamlanıb.

Hazırda KF-X-in altı prototipinin hazırlanma prosesi gedir, 2021-ci ilə qədər hazırlanması başa çatırılacaq. 2026-cı ildə seriyalı istehsala başlayacaq KF-X döyüş təyyarəsindən 2032-dək 120 ədəd istehsal edilməsi planlaşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş