KGK-82/83 aviasiya bombalarının Türkiyə HHQ-ə tədarükü davam edir

KGK-82/83 aviasiya bombalarının Türkiyə HHQ-ə tədarükü davam edir

TÜBİTAK SAGE mərkəzi tərəfindən yaradılmış qanadlı yönləndirmə dəstinin (KGK) Türkiyə Hərbi Hava Qüvvələrinə tədarükü davam edir.

“AzeriDefence” “C4 Defence”ə istinadəb xəbər verir ki, bu barədə “Kale” şirkətlər qrupunun direktor müavini Osman Okyay deib.

“Klassik MK-82 və MK-84 tipli aviasiya bombalarına inteqrasiya edilən KGK qanadlı yönləndirmə dəsti sayəsində hədəflərin yüksək dəqiqliklə vurulması mümkündür. KGK-82 və KGK-83 aviasiya bomba sistemlərinin Hərbi Hava Qüvvələrinə çatdırılması planlı şəkildə davam etdirilir”, – deyə direktor müavini vurğulayıb.

O.Okyay bildirib ki, hazırda KGK qanadlı yönləndirmə dəstlərinin maliyyə xərclərinin azaldılması və lokalizasiya nisbətinin artırılması ilə bağlı çalışmalar aparılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş